COP29

“Mən onu Azərbaycan çempionatının favoriti sayıram"

03:30 Şahmat 92
“Mən onu Azərbaycan çempionatının favoriti sayıram"

"Şəhriyar Məmmədyarovu yarışın favoriti sayıram".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Eltac Səfərli ölkə çempionatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib

32 yaşlı qrossmeyster 1/16 finalda Paşam Əlizadəni məğlub etməsinə (2:0) toxunub:

"İlk oyunum idi. 14 yaşlı rəqiblə üz-üzə gəldim. O qədər də asan deyildi.

Daha asan olacağını düşünürdüm, rəqib pis oynamadı. Dünən qarşılaşma heç-heçəyə gedə bilərdi. Son anda qələbə qazandım".

E.Səfərli titullu şahmatçıların turnirə qatıldığını xatırladıb:

"Çox çətin olacaq. Sürpriz nəticələr qeydə alına bilər. Şəhriyar Məmmədyarovu favorit sayıram.

Hər mərhələni keçmək lazımdır. Alınmasa, normal baxıram. Bu, tarixin ən güclü Azərbaycan çempionatıdır".

Digər Xəbərlər
Xəbər Lenti