COP29

“Mən oteldə oturub onun...” - Evləndiyi xanım öz meneceri imiş

9 Yanvar 18:20 Şahmat 187
“Mən oteldə oturub onun...” -  Evləndiyi xanım öz meneceri imiş

Şahmat üzrə dünya çempionu, dünya reytinqinin lideri norveçli qrossmeyster Maqnus Karlsenin həyat yoldaşı Ella Viktoriya Karlsen ərinin meneceri olması ilə bağlı yayılan məlumatları təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Ella şahmatçının qrafikini idarə edir, həmçinin onun müsahibələrini və görüşlərini əlaqələndirir.

“Belə bir iş bölgüsü hamımızın xeyrinədir. Mən təkcə oteldə oturub onun oyunlarına baxmıram. Görməli çox işim var və bundan zövq alıram”, – deyə Ella “Sjakksnakk” podkastında deyib.

Maqnus və Ella yanvarın 4-də toy ediblər. Karlsenin həyat yoldaşı Oslodandır.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 02:00 Bu da son gələn!