Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2024-cü ilin son reytinqindəki mövqeləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə FİDE-nin rəsmi saytında bildirilib.
Şəhriyar Məmmədyarov (2738 xal) 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698 xal) 33-cü, Rauf Məmmədov (2656 xal) 69-cı sıradadır.
Siyahıya norveçli Maqnus Karlsen (2831 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 xal) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 xaç) üçüncüdür.
Qadınlardan Günay Məmmədzadə (2421 xal) 36-cı, Gövhər Beydullayeva (2404 xal) 43-cü, Ülviyyə Fətəliyeva (2381 xal) 67-ci, Xanım Balacayeva (2362 xal) 83-cü yerdədir.
Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2561) qərarlaşıblar.