COP29

Yalandan tez-tez tualetə gedirmiş... Fırıldağı üzə çıxdı, qovuldu!

12:00 Şahmat 1 316
Yalandan tez-tez tualetə gedirmiş... Fırıldağı üzə çıxdı, qovuldu!

Rumıniyanı təmsil edən ukraynalı şahmatçı Kirill Şevçenko İspaniyada keçirilən yarış zamanı telefondan istifadə etdiyinə görə çempionatdan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Chess.com” məlumat yayıb.

Belə ki, onun görüş zamanı tez-tez tualetə getməsi yarış iştirakçılarında və təşkilatçılarda şübhə yaradıb. Daha sonra tualetdə telefon aşkarlanıb. Hakimlər onun Kirillə məxsus olduğunu bildiriblər.

22 yaşlı qrossmeysterin turnirin keçirildiyi yerin tualetində mobil telefondan istifadə etdiyi üzə çıxıb.

Bu səbəbdən Şevçenkonun turnirdəki bütün nəticələri ləğv edilib. Məlumata görə, o, ittihamları rədd edib.

Digər Xəbərlər
Xəbər Lenti