COP29

Çempionatda qeyri-adi hadisə yaşandı: Rəqibini belə zəhərlədi - VİDEO

12 Avqust 10:00 Şahmat 507
Çempionatda qeyri-adi hadisə yaşandı: Rəqibini belə zəhərlədi - VİDEO

Şahmat üzrə Dağıstan çempionatında qeyri-adi hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, Mahaçqaladakı şahmat evində yarış başlamazdan əvvəl iştirakçılardan biri rəqibinin masasına naməlum maddə töküb.

Ardınca o, mayeni şahmat parçası ilə stolun üzərinə yayıb.

Bundan sonra lövhədə oturan rəqib şahmatçı yarış zamanı zəhərlənib və xəstəxanaya çatdırılıb. Kameralara baxıldıqdan sonra təşkilatçılar tərəfindən polisə müraciət edilib.

Sözügedən görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti