Şahmatçı Əlireza Firuzcanın atası Həmidreza Firuzca Torontoda keçirilən Namizədlər Turnirində qalmaqala səbəb olub.
Sportinfo.az xəbər verir ki, aprelin 15-də Firuzca təşkilatçılardan oğlunun oyununu balkondan canlı izləmək üçün icazə almağa çalışıb.
Namizədlər Turnirində qohumlar və komanda üzvləri yalnız matçın ilk 15 dəqiqəsində oyunu izləyə bilərlər.
Həmidreza polis çağırmaqla hədələyib, bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları onu əsas zaldan çıxarıb.
Qeyd edək ki, bundan əvvəl Namizədlər Turniri zamanı kiçik Firuzca hakimdən xəbərdarlıq almışdı.
Qrossmeyster zalda gəzərkən uca səslə ayaqqabılarını yerə döyüb. Ona görə də şahmatçıdan ayaqqabısını dəyişməsi tələb olunub.
Namizədlər Turnirində Azərbaycanı Nicat Abbasov təmsil edir. O, bu gün məhz iran əsilli şahmatçı ilə qarşılaşacaq.