COP29

Yenə irəli getdi

3 Avqust 04:50 Şahmat 1 143
Yenə irəli getdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2703 xal) iki pillə irəliləyərək 17-ci olub.

Teymur Rəcəbov (2700) 33-cü sıradadır. Rauf Məmmədov isə "100-lük"dən kənarda qalıb.

Siyahıya norveçli Maqnus Karlsen (2832) başçılıq edir. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2793) üçüncüdür.

Qadınlardan iki pillə irəliləyən Günay Məmmədzadə (2441) 31-ci yerdədir. Bir sıra geriləyən Gövhər Beydullayeva (2412) 43-cü, 13 mövqe itirən Xanım Balacayeva (2384) 60-cıdır. Ülviyyə Fətəliyeva (2369) isə 21 pillə geriləməklə 72-ci sırada qərarlaşıb.

Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2563), üçüncü sırada Ley Tinqjie (Çin, 2549) yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti