COP29

“Mən onun yerinə olsam, zəng vurub deyərdim ki...” - VİDEO

1 Avqust 19:40 Sabah 1 322
“Mən onun yerinə olsam, zəng vurub deyərdim ki...” - VİDEO

“Mən onun yerinə olsaydım, İqor Ponomaryova zəng vurub, öz təşəkkürümü bildirərdim”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində “Sabah”ın yarımmüdafiəçisi Xəyal Əliyev haqda danışıb.

Tanınmış teleşərhçi Konfrans Liqasının “Makkabi” ilə səfər matçında komandasının üçüncü qolunu vuran xaçmazlı gəncin istedadından söz açıb.

Bildirib ki, onu İqor Ponomaryov üzə çıxarıb və şans verib.

Abbasov qeyd edib ki, Murad Musayevin güvənmədiyi Əliyevə Krunosvlav Renduliç fərqli münasibət göstərib.

O da Macarıstandakı qarşılaşmada sonradan meydana daxil olaraq yekun nöqtəni qoyub.

Ekspert Xəyalın bu mənada keçmiş çalışdırıcısına borclu olduğunu vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti