COP29

Azərbaycan klubu bu transfer üçün 1,1 milyon ödəyib?

26 İyun 14:20 Sabah 4 354
Azərbaycan klubu bu transfer üçün 1,1 milyon ödəyib?

“Sabah”ın yamaykalı vinger Kaheem Parrisin transferi üçün “Dinamo”ya (Kiyev) ödədiyi məbləğ bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “transfermarkt” portalı məlumat verib.

Belə ki, tanınmış portalda "bayquşlar"ın 24 yaşlı futbolçu üçün Kiyev klubuna 600 min avro (təxminən 1,1 milyon manat) ödədiyi qeyd edilib.

Xatırladaq ki, Parris ötən mövsüm Kiyev klubundan icarə əsasında “Sabah”da çıxış edirdi.

24 yaşlı futbolçu karyerası ərzində "Kavalye"(Yamayka), "Domjale", "Krka", "Koper"(hamısı Sloveniya) komandalarında oynadıqdan sonra 2022-ci ildə "Dinamo"(Kiyev) klubuna keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?