COP29

"Bütün futbolçular onların verdiyi tapşırıqlara tam əməl edirlər"

21 İyul 01:50 Sabah 891
"Bütün futbolçular onların verdiyi tapşırıqlara tam əməl edirlər"

"Yeni mövsümə hazırlığımız çox intensiv gedir.

Bütün komanda maksimum şəkildə məşqlərə konsentrasiya olub.

Məşqçilər korpusu yeni strategiyaları həyata keçirmək və yüksək formada olmağımızı təmin etmək üçün yorulmadan çalışır. Bütün futbolçular onların verdiyi tapşırıqlara tam əməl edirlər".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Sabah"ın hücumçusu Cessi Sekidika təlim-məşq toplanışı və yeni mövsümə hazırlıqla bağlı danışarkən deyib.

O, komandada motivasiyanın yüksək səviyyədə olduğunu bildirib: "Fikrimcə, qarşıda duran vəzifələrin öhdəsindən gəlmək gücündəyik. Özümüzə güvənirik".

Nigeriyalı hücumameyilli yarımmüdafiəçi yeni mövsümə böyük ölçüdə hazır olduqlarını söyləyib:

"Tam hazır olduğumuzu demək çətindir. Amma yaxşı formadayıq. Həmişə təkmilləşdirilməli sahələr olur. Buna rəğmən, məncə, futbolçuların əksəriyyəti hazırdır".

Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi" (Hayfa) komandasına qarşı keçirəcəkləri oyunlara da toxunan C.Sekidika rəqibin güclü və yaxşı təşkilatlanmış komanda olduğunu vurğulayıb:

"Bizi iki çox çətin matç gözləyir. “Makkabi”nin Avropa yarışlarında yaxşı təcrübəsi var. Ona görə də əlimizdən gələni etməliyik. Öz oyun planımıza sadiq qalsaq və potensialımızdan tam istifadə etsək, fikrimcə, yaxşı nəticə qazana bilərik. Konfrans Liqasında əsas məqsədimiz mümkün qədər irəliləməkdir. Hər matçda maksimumumuzu ortaya qoymalıyıq. Bu turnirdə uğur qazanmaq azarkeşlərimiz və Azərbaycan üçün yaxşı nailiyyət olardı".

29 yaşlı yarımmüdafiəçi Hayfa təmsilçisinin bir neçə oyununu izlədiklərini vurğulayıb:

"Bu, güclü müdafiə quruluşu, sürətli, effektiv əks-hücumları olan intizamlı və texniki cəhətdən bacarıqlı komandadır. İsrail klubunun oyunçuları təcrübəlidir və meydanda bir-birini çox yaxşı başa düşürlər. Biz rəqibə hörmətlə yanaşırıq. Lakin öz gücümüzə də inanırıq. İnanıram ki, bu matçlardan yaxşı nəticə ilə ayrılacağıq".

"Sabah" "Makkabi" ilə ilk oyununu iyulun 25-də Macarıstanın Kişvarda şəhərindəki “Varkert” stadionunda keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

Avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq cavab görüşü isə saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?