COP29

Azərbaycan klubu "ölüb-dirildi" – VİDEONU QAÇIRMAYIN!

2 Avqust 15:00 Sabah 1 580
Azərbaycan klubu "ölüb-dirildi" – VİDEONU QAÇIRMAYIN!

“Bir həftəyə belə dəyişikliyi heç gözləmirdik.

Təbii ki, “Makkabi” (Hayfa) güclü rəqibdir, çətin olacağını düşünürdük.

Ancaq bu qədər qorxaq, topsuz oyuna üstünlük verən, müdafiə olunmada ciddi səhvlərlə yadda qalan “Sabah” gözləmirdik.

Ötən həftə Renduliçin işini yağlı “5”lə qiymətləndirmişdiksə, bu dəfə “2” alır. Onun tribunalardakı azarkeşlərdən fərqi yox idi”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Sabah” – “Makkabi”(Hayfa) matçı barədə şərh verərkən önəmli fikirlər səsləndirib.

Tərəflərin oyun planları barədə danışan Cəfərov Masazır komandasının nə oynadığını anlamaqda çətinlik çəkdiyini diqqətə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti