COP29

"Sabah": "Oyun saatına kimi bu sayın artmaq ehtimalı var"

20 İyul 01:50 Sabah 1 390
"Sabah": "Oyun saatına kimi bu sayın artmaq ehtimalı var"

Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa) ilə qarşılaşacaq "Sabah"ın 30-a yaxın azarkeşi səfər oyununu izləmək üçün qeydiyyatdan keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Klub rəsmisi Macarıstanda keçiriləcək matçda "bayquşlar"ın dəstəksiz qalmayacağını söyləyib:

"Qarşılaşmanın baş tutacağı "Varkert" stadionunun tutumu 2700 yerlikdir. UEFA-nın qaydalarına əsasən, qonaq komanda üçün stadionun ümumi tutumunun 5 faizi qədər yer ayrılmalıdır ki, bu da təxminən 140 yer edir.

Rəsmi səhifələrimiz vasitəsilə Avropada yaşayan azərbaycanlıların oyunu izləməsi üçün bilet və gediş-dönüş üçün avtobus ayrılması ilə bağlı məlumat paylaşmışıq.

Bu günə kimi 30-a yaxın şəxs qeydiyyatdan keçib. Oyun saatına kimi bu sayın artmaq ehtimalı var".

"Sabah" "Makkabi" (Hayfa) ilə keçirəcəyi matçı canlı izləmək istəyən azarkeşlərə gediş və qayıdış üçün avtobuslar təşkil edəcək.

Görüşə getmək istəyən azarkeşlər avtobusla yanaşı, biletlə də təmin olunacaqlar. İyulun 25-də keçiriləcək "Makkabi" - "Sabah" matçının start fiti saat 19:00-da səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?