COP29

"Sabah"ın transfer hüququnu aldığı əcnəbi komanda yoldaşını da "aldatdı" - VİDEO

19 İyul 09:40 Sabah 2 413
"Sabah"ın transfer hüququnu aldığı əcnəbi komanda yoldaşını da "aldatdı" - VİDEO

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama görüşünü keçirib.

"Bayquşlar" bu dəfə Ukraynadan “Rux” ilə qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Masazır komandasının heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqlənib.

Yamaykalı hücumçunun ukraynalılara vurduğu qol daha çox marağa səbəb olub.

"Sabah"ın ötən mövsüm icarə əsasında sıralarına qatdığı, bu yay isə Kiyev "Dinamo"sundan transfer hüququnu aldığı legioner fərdi ustalığı hesabına rəqib torunu silkələyib. Topla reyd edən Paris hətta yolüstü komanda yoldaşını da "aldadıb".

Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib,

Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?