COP29

“Biz oyunumuzdakı mənfi və müsbət məqamları burada gördük”

13 İyul 11:40 Sabah 1 155
“Biz oyunumuzdakı mənfi və müsbət məqamları burada gördük”

“Bu matçlarda oyunumuzda mənfi və müsbət məqamları gördük”.

“Sabah”ın müdafiəçisi Boyan Letiç Sportinfo.az-a açıqlamasında belə deyib.

Bunadək yerli "Koper"ə qalib gələn (1:0) və Serbiya "Çukariçki "si ilə heç-heçə edən (0:0) "Sabah" daha 1 yoxlama oyunu keçirəcək.

Komanda iyulun 17-də Ukraynadan “Rux” (Lvov) ilə qarşılaşacaq. "Bayquşlar" iyulun 18-də Bakıya qayıdacaq.

31 yaşlı serbiyalı bosniyalı legioner Sloveniya toplanışı çərçivəsində arxada qoyduqları iki yoxlama matçı barədə fikirlərini bizimlə bölüşüb:

"İlk oyunda qalib gəldik. Komandanın özünə inamına görə qalib gəlməyimiz vacib idi.

Lakin yoxlama oyunlarının əsas üstünlüyü, bu cür oyunlarda komandanın çatışmayan cəhətlərini görməyimizdir.

Pisləri düzəltməli, yaxşıları isə daha da təkmilləşdirməyə davam etməliyik. Qarşıdakı matçlara həm taktiki, həm də fiziki cəhətdən hazırlaşmalı, sərgiləməyi hədəflədiyimiz oyun modelini daha da təkmilləşdirməliyik.

Düşünürəm ki, komanda oyundan oyuna daha yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?