COP29

“Renduliç Xorvatiyadan oyunçu dəvət etsə, əminəm ki, səviyyəli olacaq"

13 İyul 02:10 Sabah 1 023
“Renduliç Xorvatiyadan oyunçu dəvət etsə, əminəm ki, səviyyəli olacaq"

"İvan Lepinitsa haqda nəsə deyə bilməyəcəm, çünki ötən mövsüm onu çox da diqqətlə izləmədim.

Amma təbii ki, bu futbolçunu tanıyıram və necə futbolçu olduğunu da bilirəm. “Sabah”a keçidindən də məlumatlıyam".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Matiya Şpiçiç deyib.

Vaxtilə Azərbaycanda legioner həyatı yaşamış Matiya "Sabah"ın yeni transferi İvan Lepinitsa haqda fikirlərini söyləyib.

Hazırda Xorvatiyanın yüksək liqa klubu olan "NK Qoritsa" klubunda məşqçi kimi işləyən Matiya İvanın yaxşı futbolçu olduğunu qeyd edib:

"Lepinitsa "Arminiya"da da oynamışdı. Amma nəyə görə orada çox qalmadı, onu da bilmirəm.

Hər halda Krunoslav Renduliçin yanında getdi. Fikrimcə, "Sabah"da özünü çox yaxşı tərəfdən göstərə biləcək.

Renduliçin Xorvatiyadan başqa oyunçular dəvət edib-etməyəcəyini bilmirəm. Amma Xorvatiyadan oyunçu dəvət etsə, əminəm ki, səviyyəli futbolçular olacaq".

İvan Lepinitsa "Sabah"la üç illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?