"Sabah" heyətini yeni basketbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, ABŞ-dən olan Trey Sampsonla 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalanıb.
Karyerasına ABŞ-də NCAA Liqasında başlayan 24 yaşlı oyunçu Bolqarıstan və İsveçrədə legioner həyatı yaşayıb.
Son klubu İsveçrə təmsilçisi “Lugano Tigers” olan T.Sampson hücumçu mövqeyində çıxış edir.