
"Qarabağ" Premyer Liqada çempionluğunu rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, bu, XXXII turun "Sabah"la səfər oyununda reallaşıb.
"Bank Respublika Arena"da keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.
Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb. "Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.
"Sabah" - "Qarabağ" 1:1
Qollar: Boyan Letiç, 73 // Redon Cica, 42 (p.)
“Bank Respublika Arena”, 3960 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami
Dördüncü hakim: Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Con İrasabal, 40 (qeyri-idman hərəkəti); Boyan Letiç, 59 (qeyri-idman hərəkəti) // Musa Qurbanlı, 46 (qeyri-idman hərəkəti); Aleksey İsayev, 64 (qeyri-idman hərəkəti); Abbas Hüseynov, 84 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Sabah”
92. Stas Pokatilov
9. Anatoli Nuriyev
6. Abdulax Xaybulaev
88. Xəyal Əliyev
(12. Vinsent Til, 79)
32. Elgün Dünyamalıyev
(17. Tellur Mütəllimov, 46)
7. Boyan Letiç
20. Coy Lens Mikels
(70. Cesse Sekidika, 62)
18. Pavol Safranko (k)
40. İqor Noqeyra
3. Con İrasabal
(5. Rəhman Daşdəmirov, 46)
13. İvan Lepiniça
(8. Ayaz Quliyev, 62)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
89. Rauf Əyyubov
10. Namik Ələskərov
15. Seymur Məmmədov
33. Umarali Raxmonaliyev
Baş məşqçi: Vasili Berezutski
“Qarabağ”
97. Fabian Buntiç
55. Bədavi Hüseynov (k)
30. Abbas Hüseynov
(27. Toral Bayramov, 90+1)
24. Aleksey İsayev
(90. Nəriman Axundzadə, 90+1)
22. Musa Qurbanlı
29. Marko Veşoviç
81. Kevin Medina
66. Patrik Andrade
19. Redon Cica
(10. Abdullah Zubir, 78)
21. Aleksey Kaşuk
(15. Leandro Andrade, 78)
11. Emmanuel Addai
(9. Kadi Borqes, 85)
Ehtiyat oyunçular:
99. Mateus Koxalski
12. Sadiq Məmmədzadə
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
7. Yassin Benzia
8. Marko Yankoviç
2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov