“Premyer Liqaya çox böyük rəng qatan komandadan bəhs edirik.
“Sabah”da legioner transferlərində seleksiya işi çox düzgün qurulub.
Amma təəssüflər olsun ki, eyni fikri yerli futbolçular barəsində deyə bilmərik. Hər baş məşqçi dəyişikliyi özünü ilk mərhələdə müsbət göstərir.
Məsələn, Krunoslav Renduliç ötən mövsümün sonlarına doğru elə futbol oynatdı ki, yeni “futbol ili”ndə uğurun qaçılmaz olduğunu düşündük. Amma avrokuboklardakı uğursuz çıxış gözləntiləri boşa çıxardı”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist “Sabah” ətrafında gedən prosseslərə münasibət bildirib, rəhbərliyin strategiyası ilə bağlı şərhlər verib.
Onu da deyib ki, yeni çalışdırıcı Vitali Berezutski barədə fevral ayından etibarən danışa, nələri etmək istədiyini söyləyə bilərik.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN