COP29

"Makkabi"nin baş məşqçisi "Sabah"ı unuda bilmir: “Mənə elə gəlir ki…”

11 İyul 14:20 Sabah 1 868
"Makkabi"nin baş məşqçisi "Sabah"ı unuda bilmir: “Mənə elə gəlir ki…”

“Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Bahar İspaniyadakı toplanış çərçivəsində hazırlığı dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan mütəxəssis komandasının Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun “Sabah”a qarşı keçirəcəyi oyunlarından gözləntilərini də bölüşüb:

"Şərait ən yüksək səviyyədə idi. Mənə elə gəlir ki, təkmilləşdirməli olduğumuz çox şeylər üzərində işləmişik.

Biz intensiv məşq etdik və inanıram ki, indi komanda toplanışın əvvəlindən qat-qat yaxşılaşıb. “Sabah” və “Hapoel”ə (Beer Şeva) qarşı oyunlara qədər hazır olacağıq”.

"Sabah" – “Makkabi” matçı iyulun 25-i Macarıstanda, cavab matçı isə avqustun 1-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Avqust 16:10 Çək və bizə göndər!
2 Avqust 11:00 Bala-bala böyüyün!
2 Avqust 08:20 3 illik yeni müqavilə