COP29

Azərbaycan klubu “Çelsi”nin istədiyi legioneri 400 minə aldı?

25 İyun 08:50 Sabah 5 657
Azərbaycan klubu “Çelsi”nin istədiyi legioneri 400 minə aldı?

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “bayquşlar” Xorvatiyanın “Slaven Belupo” komandasından İvan Lepinitsa ilə anlaşıb.

İddia edilir ki, tərəflər artıq bütün məsələlərdə razılığa gəlib.

“Sabah”ın futbolçuya qarşılıq Xorvatiya klubuna 400 min avro təzminat ödəyəcəyi bildirilir. O, bir dönəm ölkəsinin “Riyeka” və “Zadar” klublarının formasını geyinib.

Yarımmüdafiəçi bir neçə il öncə “Çelsi” ilə danışıq aparsa da, transfer koronavirus pandemiyasına görə dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?