COP29

İstirahət vaxtı zədələndi - "Sabah"la oyuna çıxmayacaq?

26 İyun 09:00 Sabah 658
İstirahət vaxtı zədələndi - "Sabah"la oyuna çıxmayacaq?

"Makkabi” (Hayfa) Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun "Sabah"la oyununa itkilərlə çıxa bilər.

Sportinfo.az “israelhayom.co.il” portalına istinadən xəbər verir ki, Hayfa təmsilçisinin aparıcı hücumçusu Abdulaye Sek istirahət zamanı zədələnib və hazırda Seneqalda müalicə olunur.

Onun ən azı bir həftə də vətənində qalacağı gözlənilir.

Yaxın vaxtlarda İsrail klubunun nümayəndələrindən biri ona baş çəkmək üçün Seneqala yollanacaq və yalnız bundan sonra Sekin geri qayıdıb-qayıtmayacağı dəqiqləşəcək.

“Sabah” – “Makkabi” matçları iyulun 25-i və avqustun 1-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?