"Sabah"ın komandası 14:0 qalib gəlib çempion oldu

02:50 Sabah 82
"Sabah"ın komandası 14:0 qalib gəlib çempion oldu

U-17 Qızlar Liqasında növbəti oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, “Sabah”ın qızlardan ibarət komandası evdə “Zaqatala City” ilə qarşılaşıb və böyükhesablı qələbə qazanıb - 14:0. "Sabah"ın qollarına Tərgül Qəniyeva (7), Mehri Məmmədzadə (4), Aysu Əsədova (2) və Qönçə Quluzadə (1) imza atıblar.

Bu qələbədən sonra Mehdi İbrahimovun baş məşqçisi olduğu komanda çempionatın sonuna 2 tur qalmış çempionluğu təmin edib.

"Sabah"ın qızlardan ibarət U-17 komandası ötən il də mövsümü çempion kimi başa vurmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!