
“Sona qədər mübarizə aparmaq lazımdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Tellur Mütəllimov deyib.
Dünən Premyer Liqada 32-ci tura start verilib. ”Turan Tovuz” evdə ” Şamaxı” ilə 1:1 oynayaraq, dördüncü pillədəki yerini bir qədər də möhkəmləndirib.
İndi qərb komandası ilə ”bayquşlar” arasında xal fərqi 10-dur. Bununla da Masazır təmsilçisinin həmin yerə yüklənmək imkanı möcüzəyə qaldı.
“Sabah”ın yerli üzvü isə sona qədər mübarizə aparacaqlarını gizlətmir:
“Çempionatın başa çatmasına 5 tur qalıb.. Əlbəttə, xal fərqi çoxdur.
Lakin bu, növbəti oyunlarımıza qələbə üçün çıxmağımıza əngəl olmamalıdır. Komandamız güclüdür.
Azərbaycanda hər kəs bunu bilir. Yeganə problemimiz çox qol vurduğumuz halda, ya məğlub olmağımız, ya da heç-heçə etməyimizdir”.