
“Çətin və gərgin oyun oldu”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın müdafiəçisi Sofian Çakla deyib.
İspaniya vətəndaşı olan legioner ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” üzərində əldə etdikləri qələbədən danışıb:
“Neftçi” güclü rəqibdir və bu qarşılaşmada da yaxşı oyun nümayiş etdirdilər. Amma hesab edirəm ki, komandamız daha kollektiv və nizamlı çıxış etdi.
Hər iki görüşdə müdafiədə yaxşı oynadıq, rəqibə çox da şans vermədik. Əldə olunan nəticə sayəsində kubokun finalına yüksəldik və bu, bizim üçün çox önəmlidir”.