
“Sabah”ın “Neftçi” ilə bağlı bəyanatından xəbərdarsız.
"Tələbələr"in iddiasında “Ağ-qaralar”ın futbolçusu Elvin Camalov “Sabah”ın üzvü Cesse Sekidikanı “Neftçi”yə keçməyə razı salmaq cəhdində suçlanır.
Nigeriyalı legioner məsələ ilə bağlı davam edən sükutunu pozub.
O, ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab görüşündən sonra mətbuata şok açıqlama verib.
27 yaşlı əcnəbi sabiq komanda yoldaşı ilə söhbət etmədiyini bildirib.
Sitat: "Sabah"ın Elvin Camalovla bağlı verdiyi açıqlama barədə ilk növbədə klubdan soruşmaq lazımdır.
Mən bu barədə heç bir şərh verə bilmərəm. Mən heç bir söz deyə bilməyəcəm. Elvinlə söhbətim olmayıb".
Qeyd edək ki, “Sabah” klubu Elvin Camalovun onların futbolçusu Cesse Sekidika ilə danışıqlarını qaydaların pozulması kimi dəyərləndirərək, bu barədə AFFA-ya rəsmi müraciət ünvanlayıb və ardınca federasiya milli üzvü ilə bağlı araşdırmaya başlayıb.
SPORTİNFO.AZ