Rusiyalı “Neftçi”yə yaşatdıqları məyusluqdan sonra... VİDEO

02:50 Sabah 115
Rusiyalı “Neftçi”yə yaşatdıqları məyusluqdan sonra... VİDEO

"Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan kubokunun cavab oyunlarında "Neftçi" ilə matçı şərh edib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda qalib gələn Masazır təmsilçisi (2:1),1:1 hesablı heç-heçə edərək turnirin final mərhələsinə adlayıb.

Klubun çalışdırıcısı bununla bağlı deyib:

"Bir addımımız qalıb. Bu tituldur, prestijdir. Əlimizdən gələni edəcəyik ki, onu qazanaq. Növbəti liqa matçımızda rotasiyalarla oynayacağıq. 4 gündə üçüncü oyunumuzu oynayacağıq. Finalda isə hər şey ola bilər. Hazırlaşacağıq. Mübarizə aparacağıq".

Mütəxəssis ilk oyunla müqayisədə bugünkü görüşdə daha zəif təsir bağışlamaqları haqda belə deyib:

"Düşünürəm ki, ikinci hissədə dominant futbol oynayırdıq. Qol vurmaq üçün şanslarımız var idi. Əsas odur ki, finaldayıq".

O, kubokun finalına adlamağa baxmayaraq, ölkə çempionatı oyunlarına diqqət yetirəcəklərini qeyd edib:

"Çempionatın hər matçı bizim üçün önəmli olacaq. Biz hər oyuna qələbə üçün çıxacağıq".

V. Berezutski məşqçilk karyerasında ona dəstək olan rusiyalı mütəxəssis Leonid Slutskini final oyununa çağıracağını da bildirib:

"Məmnuniyyətlə onu dəvət edərdim. Çindəki oyun qrafiklərini bilmirəm. Düşünürəm ki, dəvət etsəm, böyük məmnuniyyətlə gəlib oyuna baxar".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...