“Sabah” üçün gözəl bitən axşam - Masazırdan VİDEO

00:40 Sabah 98
“Sabah” üçün gözəl bitən axşam - Masazırdan VİDEO

Azərbaycan Kubokunda sonuncu finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu yarımfinal mərhələsinin “Sabah”la “Neftçi” arasında baş tutan cavab matçında bəlli olub.

“Bank Respublika Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Sabah”ın heyətində 23-cü dəqiqədə Cesse Sekidika fərqlənib. “Neftçi”dən isə Emin Mahmudov 40-cı dəqiqədə rəqib qapısına yol tapıb.

Beləliklə, iki oyunun nəticəsinə görə finala vəsiqə qazanan tərəf “Sabah” (2:1, 1:1) olub. Vasili Berezutskinin rəhbərlik etdiyi komanda mövsümün son matçında “Qarabağ”la üz-üzə gələcək.

Azərbaycan Kubokunun final matçı mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

"Sabah" - "Neftçi" 1:1

Qollar: Cesse Sekidika, 23 // Emin Mahmudov, 40
“Bank Respublika Arena”, 6600 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Coy Lens Mikels, 63 (qeyri-idman hərəkəti); İvan Lepiniça, 72 (qeyri-idman hərəkəti) // Yuri Matias, 32 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

“Sabah”
92. Stas Pokatilov
17. Tellur Mütəllimov
5. Rəhman Daşdəmirov
6. Abdulax Xaybulaev
(8. Ayaz Quliyev, 89)
88. Xəyal Əliyev
(9. Anatoli Nuriyev, 60)
4. Sofian Çakla
18. Pavol Safranko (k)
70. Cesse Sekidika
(11. Kahim Parris, 71)
3. Con İrasabal
13. İvan Lepiniça
33. Umarali Raxmonaliyev
(20. Coy Lens Mikels, 60)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
10. Namik Ələskərov
15. Seymur Məmmədov
32. Elgün Dünyamalıyev
7. Boyan Letiç
40. İqor Noqeyra
12. Vinsent Till
99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski

“Neftçi”
93. Rza Cəfərov (k)
10. Filip Ozobiç
(77. Yeqor Boqomolski, 84)
8. Emin Mahmudov
3. Höccət Haqverdi
4. Elvin Camalov
91. Ağadadaş Salyanskiy
(90. Ramil Şeydayev, 74)
14. Edvin Kuç
(11. Aleks Fernandes, 74)
99. Ervin Koffi
44. Yuri Matias
24. Mustafa Sek
(19. Azər Salahlı, 81)
88. Andrey Ştoqrin
(22. Dembo Darboe, 74)
Ehtiyat oyunçular:
1. Emil Balayev
30. Rustam Samiqullin
17. Rəhman Hacıyev
7. Azər Əliyev
78. Elcan Əbilov
47. Murad Məmmədov
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...