“Neftçi”nin qələbəsinə “mümkündür” deyən hücumçu kimdir?

19:00 Sabah 140
“Neftçi”nin qələbəsinə “mümkündür” deyən hücumçu kimdir?

“Neftçi”ylə “Sabah” cari mövsümün bu günə qədər olan ən vacib oyununa hazırlaşır.

Məhz bu qarşılaşma hər iki komanda üçün avrokuboklara vəsiqə qazanmaq baxımından həyati önəm kəsb edir.

Mərhələni adlayan kollektiv finala yüksələcək ki, həlledici matçdan qalib ayrılmaqla Avropa Liqasına yollanmaq mümkün olacaq.

“Sabah” yarımfinal mərhələsində aprelin 2-də baş tutan ilk oyunda 2:1 hesabı ilə qalib gəlməsinə baxmayaraq, komandanın əsas hücumçusu Pavol Şafranko rəqibdən çəkinir.

SlovakiyalıSportinfo.az-a verdiyi açıqlamada kifayət qədər ehtiyatlı danışıb:

“İlk oyunda qazandığımız qələbə sayəsində işin müəyyən hissəsini görmüşük. Lakin bu, heç bir halda bizi arxayınlaşdırmır. Çünki arada cəmi bir top üstünlük var.

Fiziki, taktiki-texniki və psixoloji cəhətdən tam hazır olmalıyıq ki, istəyimizə çata bilər. Proqnoz verməyi sevmirəm. Ən yaxşısı matçın sonunu gözləməkdir. Hər iki komanda istəyinə çatmaq üçün mübarizə aparacaq”.

Slovakiyalı hücumçuya ünvanladığımız “Neftçi” səfər qarşılaşmasında “Sabah”ı məğlub edə bilərmi” sualına cavabı qısa oldu:

“Hər şey mümkündür”.

Aprelin 23-də “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti