“Neftçi”dən çəkinmir, deyir ki: “Məqsədimiz qələbə qazanmaqdır”

17:40 Sabah 115
“Neftçi”dən çəkinmir, deyir ki: “Məqsədimiz qələbə qazanmaqdır”

“Sabah”la “Neftçi” arasında baş tutacaq oyun səbrsizliklə gözlənilir.

Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə şansını boşa verən komandalar ümidini Azərbaycan kubokuna dikib.

Bu yarışın finalında qalib olan kollektiv ölkəmizi Avropa Liqasında təmsil etmək imkanını qazanacaq. Finala yüksəlmək üçünsə yarımfinal mərhələsindən üzüağ çıxmaq tələb olunur.

İlk oyunda səfərdə 2:1 hesablı qələbəyə sevinən “tələbələr” cavab görüşü öncəsi böyük üstünlük əldə edib. Hətta heç-heçə belə, “Sabah”ı finala daşıyacaq.

Masazır təmsilçisinin ispaniyalı müdafiəçisi Con İrasabal vacib duel öncəsi Sportinfo.az-a açıqlama verib:

“Komandada əhval-ruhiyyə yüksəkdir. İlk oyunda qazandığımız qələbə bizə müəyyən üstünlük verir. Lakin heç bir halda arxayınlaşmırıq.

Sərfəli nəticə? Heç-heçə barədə düşünmürük. Məqsədimiz qələbə qazanmaqdır.

Maraqlı və çətin oyun olacağı sirr deyil. Çünki “Neftçi” də bizim kimi finala vəsiqə qazanmaqda iddialıdır. Bunun üçün yaxşı şansımızın olduğunu düşünürəm”.

Aprelin 23-də “Bank Respublika Arena”da gerçəkləşəcək duelin start fiti saat 20:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti