"Bu, mənim üçün çox mühüm idi" – Almaniyalı ilə MÜSAHİBƏ

17:00 Sabah 102
"Bu, mənim üçün çox mühüm idi" – Almaniyalı ilə MÜSAHİBƏ

"Sabah"ın almaniyalı hücumçusu Con Leys Mikels Premyer Liqanın 31-ci turunda "Səbail"ə qalib gəldikləri (3:2) matçdan sonra Sportinfo.az-a müsahibə verib.

- Görüşlə bağlı fikirlərin necədir?

- Çətin oyun oldu. "Səbail" bu görüşdə yaxşı mübarizə apardı.Oyunun gedişində iki dəfə hesabda geri düşdük. Sonradan oyunu çevirmək bir qədər çətin oldu. Amma biz geridönüş edə bildik, son dəqiqədə qələbə qolunu vurduq. Qalib gəldiyimiz üçün şadam.

- Geridönüşdə hansı detal xüsusi rol oynadı?

- Baş məşqçimiz oyun 1:2 olduğu anda müəyyən dəyişikliklər etdi. Əlbəttə ki, bizimlə də müəyyən söhbətləri oldu. Kahim Parrisin hesabı bərabərləşdirməsindən sonra komandada bir az da özünəinam yarandı. Biz daha çox təzyiq edən tərəf idik. Bunun da nəticəsində qələbə qolunu vura bildik. Fikrimcə, qələbəyə layiq idik.

- Əvəzetmədən meydana daxil oldun və qələbə qolunu vurdun. Zədədən sonra öz performansını necə dəyərləndirirsən?

- Zədədən sonra qayıtmaq çox xoşdu. Çünki kənarda qalmaq çox çətin idi. Bir neçə gün komandadan kənar qaldım. Cəmi bir neçə gün idi ki, kollektivlə məşqlərə başlamışdım. Bu, mənim üçün çox mühüm idi. Komandamın bu cür qələbəsində mühüm rol oynadığıma görə, şadam.

- Final fitindən sonra azarkeşlərlə yenə də "bakılı balasıyam" mahnısını oynadın. Bu, "Sabah"da daha uzun müddət qalacağının mesajıdır?

- Mən qələbə sevincini həmişə azarkeşlərlə qeyd edirəm. Azarkeşlər məni bakılı balası adlandırırlar. Bu da mənim üçün çox xoşdu. Həm də mənə bu cür ad verməkləri həqiqətən fəxrdir. "Sabah"da olmaqdan sözsüz ki, şadam.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti