"Neftçi" ilə dueldə hələ heç nə həll olunmayıb"

14:40 Sabah 166
"Neftçi" ilə dueldə hələ heç nə həll olunmayıb"

"Sabah"ı qarşıda ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı cavab görüşü gözləyir.

Mövsümün erkən final görüşü də demək olar.

Premyer Liqadan avrokuboklara getmək şansları bitmiş sayılan hər iki tərəf bütün ümidlərini Ölkə Kubokuna bağlayıb.

Vacib qarşılaşma öncəsi "Sabah"ın hücumçusu Con Leys Mikels Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu ilk olaraq gözləntilərini bizimlə bölüşüb:

"Bizi çox mühüm oyun gözləyir. İlk matçda qalib gəlsək də, hələ heç nə həll olunmayıb. Bizi daha bir vacib oyun gözləyir. Evdə oynayacağıq.Ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə o oyundan müsbət nəticə ilə ayrıla biləcəyik".

Almaniyalı legioner "ilk oyundakı qələbə sizə rahatlıq gətirə bilərmi" sualına isə belə münasibət bildirib:

"Mən belə düşünmürəm. Heç bir rahatçılıqdan söhbət gedə bilməz. Doğrudur, ilk matçda qalib gəlmişik. Amma hələ heç nə həll olunmayıb. Doğrudur, öz meydançamızda oynayırıq. Bu da bizə əlavə güc verir. Bu görüşdə də qalib gəlmək üçün ən yaxşı oyunumuzu ortaya qoymalıyıq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti