
Premyer Liqanın XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.
Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82-öz qapısına) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb.
Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.
Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
“Sabah” - “Səbail” 3:2
Qollar: Sofian Çakla, 31; Dmitro Litvin, 82 (ö.q.); Coy Lens Mikels, 90+3 // İnnosent Nşuti, 22; Suleyman Alluş, 74
Masazır. “Bank Respublika Arena”, 821 tamaşaçı
Baş hakim: Fərid Hacıyev
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Coy Lens Mikels, 69 (qeyri-idman hərəkəti); Con İrasabal, 76 (qeyri-idman hərəkəti); Sofian Çakla, 79 (qeyri-idman hərəkəti) // İlkin Muradov, 12 (qeyri-idman hərəkəti); Dmitro Litvin, 59 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.
“Sabah”: 92. Stas Pokatilov 17. Tellur Mütəllimov 9. Anatoli Nuriyev (6. Abdulax Xaybulaev, 69) 5. Rəhman Daşdəmirov 15. Seymur Məmmədov (8. Ayaz Quliyev, 58) 4. Sofian Çakla 70. Cesse Sekidika (k) (20. Coy Lens Mikels, 58) 3. Con İrasabal 13. İvan Lepiniça 99. Neqoş Kupusoviç (7. Boyan Letiç, 75) 33. Umarali Raxmonaliyev (11. Kahim Parris, 58)
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 32. Elgün Dünyamalıyev 12. Vinsent Till 83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski
“Səbail”: 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 77. Fərid Nəbiyev 20. Mert Çelik 83. Nihad Quliyev (16. Emin Rüstəmov, 86) (4. Marko Nikoliç, 90+1) 10. David Qomis (k) (11. Rüfət Abdullazadə, 65) 3. Dmitro Litvin 99. İnnosent Nşuti (22. Mirabdulla Abbasov, 65) 7. Madi Queta 5. Gitay Sofir (74. Yusif Nəbiyev, 86) 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə 91. Tural Mirsultanov 18. Süleyman Əhmədov 19. Samir Abdullayev 67. Rəvan Abasov 97. Oruc Məmmədov 44. Amir Bilali
Məşqçi: Elvin Məmmədov