Tanınmış şəxs baş məşqçini yalan danışmaqda qınadı - VİDEO

19 Aprel 14:40 Sabah 358
Tanınmış şəxs baş məşqçini yalan danışmaqda qınadı - VİDEO

"Vasili Berezutski düz danışmır".

Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, "Sabah"ın Premyer Liqanın 30-cı turunda "Turan Tovuz"a 1:2 hesablı məğlubiyyətindən danışıb.

Tanınmış telejurnalist rusiyalı mütəxəssisin səfər matçıyla bağlı fikirlərini tənqid edib, Pavol Şafrankonun aldığı qırmızı vərəqənin doğru olduğunu bildirib.

Onun fikrincə, slovakiyalı hücumçunun aldığı ikinci sarı vərəqəyə etiraz etmək tamamilə əsassızdır.

Deyib ki, Berezutiski Masazır təmsilçisini uğura aparmaq gücündə deyil, komanda ötən müddətdə 16 oyundan cəmi 3-də qələbə qazanıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!