
Premyer Liqanın 31-ci turu xeyli vaxtdır qələbə üzünə həsrət qalan uğursuzların dueli ilə diqqət çəkəcək.
“Bank Respublika Arena”da “Sabah”la “Səbail” münasibətlərinə aydınlıq gətirəcək.
Sözügedən qarşılaşmanı doqquz futbolçu kənardan izləmək məcburiyyətində qalacaq.
Meydan sahiblərinin heyətində Pavol Şafranko cəza, Coy-Lens Mikels, Amin Seydiyev və Vinsent Till zədə səbəbindən oynaya bilməyəcəklər.
Namiq Ələsgərovla İqor Noqeyranın fərdi məşqlərlə kifayətləndiklərini nəzərə alsaq, onların da meydana çıxmayacağı böyük ölçüdə dəqiqləşib.
“Səbail”də cəzalı olmasa da, zədəlilər var. Bunlar Qorka Laruçça, Cabir Əmirli və Ayman Bualidir. Adları çəkilənlər zədələrini müalicə etdirməklə məşğuldurlar.
Aprelin 19-da “Bank Respublika Arena”keçiriləcək duelin start fiti saat 17:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ