
Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın U-13 və U-15 komandaları turnir çərçivəsində ilk oyunlarını keçiriblər.
Nasir Nəsirlinin baş məşqçisi olduğu U-13 ilk matçında “Mançester Siti” ilə qarşılaşıb.
Matç rəqibin 5:3 hesablı qələbəsi ilə nəticələnib. Təmsilçimizin heyətində Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev fərqləniblər.
Şahin Zeynalovun çalışdırdığı U-15 isə ilk oyununda İspaniyadan “Rayo Valyekano” ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib. "Sabah"ın qolunu Ayxan İbadov vurub.