"Sabah" ilə "Mançester Siti" eyni qrupa düşdü - FOTO

17 Aprel 01:10 Sabah 204
"Sabah" ilə "Mançester Siti" eyni qrupa düşdü - FOTO

“Sabah”ın U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, komandalar bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.

U-13 turnirdə İngiltərənin “Mançester Siti”, Türkiyənin “Konyaspor” və “Hatay Altın Gençlik” komandaları ilə bir qrupda mübarizə aparacaq.

U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək. Matçlar sabah səhər saatlarında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!