
“Sabah”ın baş məşqçisi Vasili Berezutski Rusiya futbolu ilə bağlı tənqidi fikirlər səsləndirib.
Sportinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında rəqabətsizlikdən gileylənib.
Maraqlıdır ki, Berezutski legioner limitinə də toxunub. Onun fikrincə, limit olmadığı dövrdə Rusiya klubları daha güclü imiş:
“Rusiya futbolunda sistemli problemlər var və oyunçuların əksəriyyətinin səviyyəsi çox aşağıdır. Legioner limiti olmayan dövrlərdə ÇSKA və “Zenit”in avrokuboklardakı uğurlarını xatırlatmalıyam.
Həmçinin uşaq futbolu da zəif inkişaf edir, yüksək səviyyəli akademiya və məşqçi çatışmazlığı var”.
Vasili Berezutski ötən ilin noyabrından “Sabah”ı çalışdırır.