"Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi" - Vasili Berezutski

12 Aprel 19:30 Sabah 360
"Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi" - Vasili Berezutski

"Sabah" Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Turan Tovuz"a 1:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu iki hissəyə bölə bilərik. Qırmızı vərəqəyə qədər olan hissə və "qırmızı"dan sonrakı hissə. Futbolçularıma təşəkkür edirəm. Sona qədər döyüşdülər. Amma əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik.

- Hakimlik haqda fikriniz necədir? Qırmızı vərəqə oyunun nəticəsinə necə təsir etdi?

- Mənim üçün aydın olmayan, futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Biz hücuma davam edirdik. Hakim oyunu saxladı və Safrankoya qırmızı vərəqə verdi.

- Artıq "Sabah" üçün çempionatın əldən getdiyini demək olar?

- Əllərimizi aşağı salıb ruhdan düşməyəcəyik. Amma avrokuboklara vəsiqə qazanmaq baxımından kubok bizim üçün prioritetdir.

- Bu gün Kurban Berdiyevə meydanda uduzduz, yoxsa masada?

- Taktiki plandan nəsə danışmaq çox çətindir. Qırmızı vərəqədən sonra bu rəqibə qarşı oynamaq çətin idi. "Qırmızı"ya qədər hesabda öndə olan komanda biz idik.

- "Sabah"da qalsaz, bundan daha yaxşı oyun ortaya qoya biləcəksiz?

- Qısa deyirəm, əlbəttə.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"