İŞTAHA BAX! “Bu, öz yerində, Premyer Liqadan da əlimizi üzməmişik”

12 Aprel 13:00 Sabah 652
İŞTAHA BAX! “Bu, öz yerində, Premyer Liqadan da əlimizi üzməmişik”

“Möbsümün başa çatmasına çox var. Sonuncu dəqiqəyə qədər mübarizə aparacağıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın hücumçusu Pavol Şafranko deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə səfərdə “Neftçi”ni udaraq finala bir addım yaxınlaşan “tələbələr”in Premyer Liqadakı işi yaxşı getmir.

Vasili Berezutskinin rəhbərlik etdiyi kollektiv nəinki dördüncü pilləyə yaxınlaşmaq şansını əldən verir, hətta bu gedişlə beşinci sıranı da “Neftçi”yə “bağışlayacaq”.

Mövcud duruma baxmayaraq, Şafranko ümidlidir. Slovakiyalı forvard çempionatı avrokuboklara vəsiqə verən yerlərin birində başa vuracaqlarına inandığını gizlətməyib:

“Komandalar arasında astronomik fərq yoxdur. 3-5, maksimum 7 xallıq fərqi 3-4 tura aradan qaldırmaq mümkündür.

Özünüz də görürsünüz ki, bütün komandalar xal itirir, sürpriz nəticələr qeydə alınır.

Ölkə kubokundakı mübarizə öz yerində, Premyer Liqadan da əlimizi üzməmişik. Avrokuboklara vəsiqə üçün hər iki turnirdə sona qədər döyüşəcəyik.

Qonşu komandalarla şəxsi görüşlərimiz olacaq. Hər şey öz əlimizdədir”.

29 turdan sonra 36 xalla beşinci pillədə yer alan “Sabah” dördüncü sıradakı “Turan Tovuz”dan 8 xal geri qalır. Altıncı yerdəki“Neftçi”nin aktivində 35 xal var.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"