
Premyer Liqanın 30-cu turunun əhəmiyyətli matçlarından biri Tovuzda baş tutacaq.
İki "qara zolaq"da olan kollektiv - "Turan" və "Sabah" üz-üzə gələcək.
Hazırda 4-cü pillədə olan bölgə klubu "tələblər"i 8 xal qabaqlayır.
Meydan sahibləri qələbə təqdirində ən azı olduqları sırada mövsümü bitirmələrini böyük ölçüdə qarantiləmiş olacaq.
Qonaqlar isə liqa yolu ilə avrokuboklara getmək iddiasını qorumaq üçün mütləq 3 xal qazanmalıdır.
7 oyunluq qələbə həsrəti bitməsə, avrokuboklara getmək sevdası sonlana bilər.
Sportinfo.az-a açıqlama verən "Sabah"ın serbiyalı müdafiəçisi Boyan Letiç də təhlükənin qapıda olmasının fərqində olduqlarını səmimi etiraf edib:
"Sona 7 turun qaldığını və arada 8 xallıq fərqin olduğunu nəzərə alsaq, məğlubiyyət təqdirind,ə sona kimi "Turan"a çatmağın çətin olacağını deyə bilərik.
Amma şans olduğu müddətdə mübarizə aparmalısan, çünki futbolda hər şey mümkündür".
XANOĞLAN