“Məni pul maraqlandırmır, bunu qazanmaq istəyirəm”

9 Aprel 20:40 Sabah 692
“Məni pul maraqlandırmır, bunu qazanmaq istəyirəm”

“Sabah” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçını qələbə ilə başa vurdu.

Səfərdə “Neftçi”nin qonağı olan “tələbələr” 2:1 hesablı qələbə sayəsində cavab oyunu öncəsi böyük üstünlük qazandı.

Klub rəhbərliyi “Sabah”ın tarixində ilk kubokun qazanılması üçün böyük məbləğdən keçməyə hazırdır. Finala yüksəlmək üçün bir, həlledici qarşılaşmadan qalib ayrılmaq təqdirində başqa məbləğ söz verilib.

Burada söhbət 5-10 min manatdan yox, Azərbaycan futbolu tarixinə düşəcək məbləğdən gedir.

“Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasaballa söhbətdə ünvanladığımız “kuboku qazanmaqla həm də böyük pullar qazanacaqsınız. Məbləğdən xəbərin varmı” sualına cavab belə oldu:

“Hər uğurun, titulun, yaxşı nəticənin mükafatı var. Bu, dünyanın hər yerində belədir. O cümlədən “Sabah”da.

Ancaq indiki məqamda məni veriləcək mükafat yox, kubokun özü maraqlandırır. Ağır mövsüm keçiririk, ciddi mübarizə gedir. Bu cür mübarizənin sonunda titulsuz qalmaq istəmirəm.

Hər bir futbolçu mövsümü kubokla başa vurub avrokuboklarda oynamağı arzu edir. Çünki komandadakı futbolçuların səviyyəsi buna imkan verir.

Bonusların olması yaxşı haldır. Məni daha çox uğur maraqlandırır, nəinki pul”.

“Sabah”la “Neftçi” arasındakı cavab qarşılaşması aprelin 23-də “Bank Respublika Arena”da keçiriləcək.

Mərhələni adlayan komanda Azərbaycan kubokunun həlledici qarşılaşmasında “Qarabağ” – “Araz-Naxçıvan” cütünün qalibi ilə üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti