GİLEYLƏNDİ: “Oyunumuz gah yaxşı, gah zəif olur”

11 Aprel 17:00 Sabah 225
GİLEYLƏNDİ: “Oyunumuz gah yaxşı, gah zəif olur”

"Sabah"ın müdafiəçisi Boyan Letiç Sportinfo.az-a açıqlama verib.

Serbiyalı legioner Premyer Liqanın 29-cu turunda "Kəpəz"ə məğlubiyyət barədə danışıb və son 3 görüşdə bölgə klubunu məğlub edə bilməmələrini belə əsaslandırıb:

"Aydındır ki, "Kəpəz" bizə qarşı necə oynayacağını bilir. Çünki son 3 oyunda onları məğlub edə bilməmişik.

Rəqib bizim zəif və güclü tərəflərimizi tapdığı heç kimə sirr deyil. Hər rəqiblə mövsümdə 4 dəfə qarşılaşırsan, onları çox yaxşı tanıyırsan".

"Tələbələr" bu mövsüm ən çox - 15 dəfə heç-heçə ilə yadda qalıb.

Kollektiv heç cür 2-3 oyun ardıcıl qələbə seriyası yaxalaya bilmir.

"7 nömrə" bunun səbəbini belə izah etməkdə çətinlik çəkib:

"Bəli, son dövrə baxanda, ardıcıl qələbə seriyamız yoxdur. Oyunumuz gah yaxşı, gah zəif olur.

Başqa bir məqam da odur ki, ümumiyyətlə, daha açıq futbol oynayan komandalarla daha yaxşı oynadığımız hamıya məlumdur".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti