
“Yaxşı hazırlaşacağıq, finala yüksələcəyimizə inanırıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın hücumçusu Pavol Şafranko deyib.
Slovakiyalı legioner kubokda “Neftçi”ni üstələyib yarımfinal mərhələsini keçdikləri təqdirdə, “Araz-Naxçıvan” və “Qarabağ”dan biri ilə mübarizə aparmağa hazır olduqlarını vurğulayıb:
“Mərhələni adlayacağımız halda, “Araz-Naxçıvan”la “Qarabağ”dan hər hansı birinə rəqib olmağa hazırıq.
Növbəti görüşün vaxtına hələ var. Finalda rəqibin kim olacağını bilməsək də, kuboku əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Əsas hədəfimiz kuboku qazanıb, Avropa Liqasına yollanmaqdır”.