“Bir ayaqla qalib gəlmək olmaz” - Vasili Berezutski

6 Aprel 19:40 Sabah 502
“Bir ayaqla qalib gəlmək olmaz” - Vasili Berezutski

"Sabah" Premyer Liqanın 29-cu turu çərçivəsində doğma meydanda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Pis oyun oldu. Əgər meydanda hərəkət etməyəcəyiksə, döyüşməyəcəyiksə, turnir cədvəlində bizdən aşağı pillələrdə olan komandalarla oyunlarda həmişə bu cür nəticələr qeydə alınacaq. Bu tip matçlarda daha çoxunu meydanda etməlisən.

- "Neftçi" ilə matçdan sonra mətbuat konfransını erkən tərk etməklə mətbuata hörmətsizlik etdiyinizi düşünmürsünüz?

- Burada hörmətsizlikdən söhbət gedə bilməz. Bu, futboldur, bəzən belə emosiyalar olur. Bu oyun haqda çoxlu söz-söhbətlər var idi. Bizim keçmiş kapitanımız, hazırda "Neftçi"də çıxış edən Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.

- "Turan Tovuz"a yaxınlaşmaq imkanını əldən verdiniz...

- Hər oyunda qələbə qazanmalıyıq. Amma bu cür yanaşma ilə çətin olacaq. Bir ayaqla qalib gəlmək olmaz.

Digər Xəbərlər
Xəbər Lenti