“Sabah”dakı ispan komandasının əsas problemin səbəbini dedi

6 Aprel 15:15 Sabah 217
“Sabah”dakı ispan komandasının əsas problemin səbəbini dedi

Ölkə kubokunda finala yüksəlmək şansını yaxşılaşdıran “Sabah”ın Premyer Liqadakı işləri yaxşı getmir.

“Dördlük”dən uzaq düşən “tələbələr”in ən böyük problemi sabitliyin olmamasıdır.

Təsəvvür edin, avrokuboklara iddia edən komanda 2025-ci ildə ardıcıl iki oyunda qələbə qazana bilməyib.

Halbuki “Araz-Naxçıvan”la “Turan Tovuz” xal itkilərini sıralayanda, “Sabah” uğurlu nəticələr əldə edib “dördlüy”ə daxil ola bilərdi.

İspaniyalı müdafiəçi Con İrasabal Soportinfo.az-a açıqlamasında qeyri-sabitliklə bağlı bunları deyib:

“Bu, ən böyük problemimizdir. Çempionata yaxşı başlamışdıq, ardıcıl qələbələr qazanırdıq.

Lakin sonradan qeyri-sabitlik yaşandı. “Şamaxı”, “Kəpəz” və digər oyunlarda çox sayda qol imkanlarını boşa verdiyimizə görə məğlub olduq.

Rəqiblər qol vurur və böyük qüvvə ilə müdafiə olunur. Belədə, işimiz çətinləşir.

Təhüləli vəziyyətlər yarada bilməsək, deyərəm ki, oyun planında nəsə çatmır. Şanslarımız olur, sadəcə qol vura bilmirik. Bunu aradan qaldırsaq, sabitlik olacaq”.

28 turdan sonra aktivində 36 xal olan “Sabah” 4-cü pillədə qərarlaşmaqla 3-cü yerdəki “Turan Tovuz”dan 7 xal geridə qalır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
6 Aprel 11:30 Yalnız SƏN YOXSAN!