"Neftçi" kölgədə, "Turan" ümidsiz - Bəs "Sabah"?

6 Aprel 15:40 Sabah 535
"Neftçi" kölgədə, "Turan" ümidsiz - Bəs "Sabah"?

Böyük ölçüdə avrokuboklara gedəcək 3 təmsilçimizin adına aydınlıq gəlib - "Qarabağ", "Zirə", "Araz Naxçıvan".

İndi hər kəsi düşündürən 4-cü xoşbəxtin kim olacağıdır.

3 namizəd qapıdadır - "Turan", "Sabah" və "Neftçi".

Dünənə kimi tovuzlular uğura daha yaxın görünürdü. Bu gün isə şərtlər "Sabah" deyir.

Vasili Berezutskinin yetirmələri ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "Neftçi"ni səfərdə büdrədə bildi - 2:1.

Həm də göstərilən üstün oyun "tələblər"in finala bir addım yaxın olduğunu ehtimal etməyə imkan verir.

Amma finalda məğlubiyyət hər şeyin sonu ola bilər.

Deməli, çempionatda 4-cü pilləni ələ keçirmək prioritet olmalıdır.

Şanslar isə özü hər tur qapını döyür.

"Turan"nın davamlı xal itkiləri ilə.

Qərb təmsilçi bu dəfə Bayılda büdrədi.

"Sabah"ı isə bu gün autsayder "Kəpəz"lə evdə oyun gözləyir. Qələbə aradakı xal fərqini 5-ə endirəcək.

Hələ bu harasıdır.

Növbəti turda Masazır təmsilçisi məhz "Turan"la üz-üzə gələcək, ardınca daha bir autsayder "Səbail"i evdə qəbul edəcək.

Bundan yaxşı fürsət?

Hər üç rəqib xoş günlərini yaşamır.

Düzdü, davamlı alınan bərabərliklər "Sabah"ın da kefini təlx edir. Amma oyun olaraq hər birini qabaqlayır. Xüsusilə "Neftçi" ilə son oyundakı qələbə göstərdi ki, kollektiv yumruğunu bir yerə vursa, bir çox matçları rahatlıqla çıxara bilər.

Bir sözlə, "tələblər"in işıqlı sabaha yolu açılıb. Qalır düzgün addımlamaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
6 Aprel 11:30 Yalnız SƏN YOXSAN!