Azərbaycan klubundan istefaya göndəriləcək? – “Onun ilk macərası bu gedişlə erkən bitəcək”

1 Aprel 12:40 Sabah 1 523
Azərbaycan klubundan istefaya göndəriləcək? – “Onun ilk macərası bu gedişlə erkən bitəcək”

“Sabah”ın Vasili Berezutskinin rəhbərliyi altında çıxışı Rusiya mətbuatının diqqətindən yayınmır.

Sportinfo.az xəbər verir ki, yerli KİV 42 yaşlı mütəxəssisin baş məşqçi karyerasına uğursuz başlanğıc etdiyini düşünür.

Paytaxt təmsilçisinin son 6 görüşdə qələbə üzünə həsrət qaldığını qeyd edən həmkarlarımız Beretutskinin də komandanı çətin durumdan çıxara bilmədiyini vurğulayıb:

“Berezutskinin baş məşqçi kimi ilk macərası bu gedişlə erkən bitəcək. Çünki komanda onun rəhbərliyi altında çempionatda 14 oyunun cəmi 3-də qələbə qazana bilib

berezutski - Futbolinfo.az

. Bakılılar son 6 turda isə qalibiyyət görməyiblər. Həlledici mərhələdə bu nəticələr mövsümün fiasko ilə nəticələnməsinə və Berezutskinin yola salınmasına səbəb ola bilər”.

Fevraldan bəri Premyer Liqada qələbə qazana bilməyən “Sabah” son 6 matçın 5-də heç-heçə edib. Vasili Berezutski 15-ci turdan bakılıları çalışdırır.

Komanda onun rəhbərliyi altında 3 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti