
“Sabah”ın futbolçusu Umarali Raxmonaliyev Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərədə “Sumqayıt”la bərabər qaldıqları (3:3) oyundan sonra Sportinfo.az-a müsahibə verib.
- Qarşılaşmanı necə şərh edərdin?
- Oyun çox maraqlı alındı. Hər iki komanda hücum futbolu oynadığı üçün qapılara 6 top vuruldu. Qol vurmaq bizə çətin başa gəlir, amma qapımızdan çox asan toplar buraxırıq.
- İki dəfə hesabda önə çıxdığınız halda qələbəni qorumağa nə mane oldu?
- Oyuna baxsaq, “Sumqayıt”ın elə də çox imkanının olmadığını görərik. 3 qolu necə vurdular, bilmirəm.
- İki qolla yadda qaldın. Öz çıxışın barədə nələr deyərdin?
- İstərdim ki, qollar vuraraq “Sabah”a qələbə qazandırım. Bu gün 3 xal əldə edə bilmədik. Fərqlənə bildiyim üçün şadam, amma qələbə qazana bilməməyimiz məni üzür.
XANOĞLAN / SPORTİNFO.AZ