
“Qol vurmaq bizə çətin başa gəlir”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın özbəkistanlı legioneri Umarali Raxmonaliyev səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur oyunundan sonra deyib.
22 yaşlı vinger asan qollar buraxdıqlarını bildirib:
“Oyun çox maraqlı alındı. Hər iki komanda hücum futbolu oynadığı üçün qapılara 6 top vuruldu.
Qol vurmaq bizə çətin başa gəlir, amma qapımızdan çox asan toplar buraxırıq.
Oyuna baxsaq, “Sumqayıt”ın elə də çox imkanının olmadığını görərik. 3 qolu necə vurdular, bilmirəm”.
“Sabah” Umarali Raxmonaliyevi qış transfer pəncərəsində Rusiya “Rubin”indən icarəyə götürüb. O, cari mövsüm ərzində meydana çıxdığı 9 oyunda 2 qol vurub.