Komandası uda bilmir, özü yeni iddialı danışır - VİDEO

31 Mart 08:20 Sabah 413
Komandası uda bilmir, özü yeni iddialı danışır - VİDEO

“Sabah” Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Sumqayıt”la 3:3 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında heç-heçəyə belə şərh verib:

“Bu gün azarkeşlər üçün çox maraqlı oyun alındı. Hər iki komanda qollar vurdu.

Daha yaxşı oynayan tərəf biz idik. Amma əfsuslar olsun ki, qapımızda asan qollar gördük.

Bəzi oyunçularımızın kiçik zədələri var idi. Onlar komanda ilə bir-iki məşq etmişdilər.

Düşünürəm ki, onlar kubok matçına hazır olacaqlar. Müdafiədə səhvlər etdik.

Bunun nəticəsində qollar buraxdıq. Hər oyunun öz hekayəsi var. Müdafiədə daha yaxşı olmalıyıq.

3-4-cü yerlər uğrunda hər oyunda mübarizə aparacağıq. Riyazi olaraq şansımız var”.

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü
31 Mart 23:45 3 qol - VİDEO